İDMAN

04 May

İtaliya klublarının məşqə başlamalarına icazə verilmədi

İtaliyanın idman naziri Vinçentso Spadafora futbol klublarının mayın 18-dək məşqləri bərpa edəcəklərinə dair xəbərləri təkzib edib. 

Fins.az-ın məlumatına görə, nazir bu barədə özünün "Facebook" səhifəsində yazıb. Bəzi qəribə xəbərlər gördüyünü bildirən Spadafora hazırda futbolla bağlı fikirlərində heç nəyin dəyişmədiyini söyləyib: "Komandalar hazırlıqlarını mayın 18-dək bərpa etməyəcək və mövsümün bərpasından da söhbət getmir".

Nazir vurğulayıb ki, hazırda digər idman növlərinə diqqət yetirməyi üstün tutardı. Onun sözlərinə görə, yaxın gələcəkdə idman və sağlamlıq mərkəzləri yenidən açıla bilər. 

Qeyd edək ki, İtaliya A Seriyası koronavirus pandemiyasına görə dayandırılıb. Daha öncə bir neçə klub bu həftədən məşqləri bərpa edəcəklərini açıqlayıb.