İDMAN

04 May

Çempionlar Liqası tarixinin ən yaxşı qolu müəyyənləşib - VİDEO

Çempionlar Liqası tarixinin ən yaxşı qolları müəyyənləşib. 

Fins.az xəbər verir ki, siyahını “France Football” nəşri yayımlayıb. 

Siyahıda birinci yerdə Zinəddin Zidanın vurduğu qol yer alıb. 2001-02 mövsümündə “Real”ın heyətində çıxış edən Zidan həmin qolu “Bayer”lə final matçında vurub.

İkinci yerdə “Fiorentina”nın yarımmüdafiəçisi Mauro Bressanın qolu qərarlaşıb. O, 1999-cu ildə “Barselona”nın qapısından keçirdiyi qolla bu siyahıya düşmək şansını qazanıb. 

Üçüncü yerdə isə Kriştianu Ronaldonun 2017-18 mövsümündəki qoludur. O zaman Madridin “Real” klubunda çıxış edən ulduz hazırkı komandası “Yuventus”a vurduğu qolla fərqlənib.