Boks üzrə mütləq çəkidə sabiq dünya çempionu Mayk Tayson “Twitter” istifadəçilərini məşq zamanı zərbələrini vurma sürəti ilə heyrətləndirib.
Fins.az xəbər verir ki, idmançı məşq etdiyi videoçarxı özünün sosial şəbəkədəki hesabında paylaşıb.
Kadrlardan görünür ki, 53 yaşlı Tayson məşqçisi ilə zərbə vurma və yerdəyişmə üzərində işləyir.
“Twitter” istifadəçiləri sabiq dünya çempionunun hərəkətləri hansı güc və sürətlə yerinə yetirdiyinə fikir veriblər.
I’m a Bad Boy for Life. Watch #BadBoysforLife now on DVD Blueray @realmartymar #willsmith #stillthebaddestmanontheplanet pic.twitter.com/R9Zmz19GFm
— Mike Tyson (@MikeTyson) May 1, 2020
Xatırladaq ki, Tayson nümayiş xarakterli çıxış üçün rinqə dönə biləcəyini demişdi və qeyd etmişdi ki, müntəzəm məşqlərə qayıdıb.