İDMAN

01 May

“Fənərbağça” yeni baş məşqçi tapdı

Zaqreb “Dinamo”sunun sabiq çalışdırıcısı Nenad Belitsa “Fənərbağça” klubunun baş məşqçisi olmağa yaxındır.

Fins.az-ın məlumatına görə, “Fotomaç” qəzeti yazır ki, 48 yaşlı xorvatiyalı mütəxəssisin “Fənərbağça”nın sükanı arxasına keçəcəyi təqdirdə, azı üç ulduz futbolçunun kluba transfer olunacağı bildirilir.

Yeni baş məşqçi ilə birgə komandaya gələcək futbolçular arasında karyerasını Qətərdə davam etdirən Mario Mandzukiç, “Atletiko”nun hücumçusu Nikola Kaliniçin və Avstriya millisinin gənc müdafiəçisi Dario Maresiçin adları çəkilir.

Türkiyə mətbuatı klub rəhbərliyinin N.Belitsa ilə ortaq məxrəcə gəlməyə çox yaxın olduğunu yazır.

Xorvatiyalı məşqçinin illik 2 milyon avro maaş alacağı qeyd olunur.