İDMAN

01 May

A seriyasında komanda sayı artırılmayacaq

İtaliya A seriyasının erkən başa çatması komandaların sayının artması ilə nəticələnməyəcək.

Fins.az-ın məlumatına görə, bu barədə qərarı İtaliya Futbol Həmkarlar İttifaqlarının toplantısı verib.

Koronavirus pandemiyası üzündən dayandırılan çempionat bərpa olunmadan yekunlaşsa, bu, klubların liqaları dəyişməsinə mane olmayacaq. Yəni A seriyasının autsayderləri yerini B seriyasının liderlərinə verəcək.

Bir müddət əvvəl A seriyasını heç bir klubun tərk etməyəcəyi, əvəzində orada yeni komandaların gələcəyi ilə bağlı iddia ortaya atılmışdı. Lakin bu qərardan sonra iştirakçı sayının 22-yə yüksəlməyib, 20-də qalacağı bəlli olub.