İDMAN

23 Aprel

Sançonun maaşı artırılır

Almaniyanın “Borussiya” klubu futbolçusu Ceydon Sançoya yeni müqavilə təklif edib.

Fins.az-ın məlumatına görə, Dortmund təmsilçisi 20 yaşlı yarımmüdafiəçini daha yaxşı şərtlərlə komandada saxlamaq istəyir.

Hazırda ilə 6 milyon avro qazanan Sanço təklifi qəbul etsə, maaşı 12 milyona yüksələcək. Mövcud müqaviləsi 2022-ci ilin yayında başa çatacaq ingiltərəli anlaşmanın bir illik uzadılmasına razılaşmalıdır.

“Mançester Siti”nin yetirməsi olan Ceydonun “Mançester Yunayted”lə ilkin razılığa gəldiyi bildirilir. 2017-ci ildən Dortmund təmsilçisində çıxış edən yarımmüdafiəçi keçidi üçün mançesterlilər 117 milyon ödəməli olacaq.

Qeyd edək ki, Sanço cari mövsümün 35 oyununda 17 qol vurub.