İDMAN

22 Aprel

Niderland çempionatı ləğv edilir

Niderlandda futbol çempionatları ilə bağlı qərar verilib.

Fins.az-ın məlumatına görə, bu barədə ölkənin baş naziri Mark Rutte bildirib.

Rutte keçirdiyi mətbuat konfransında koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılan futbol yarışlarının, həmçinin Erediviziyanın sentyabrın 1-dən tez başlamayacağını açıqlayıb.

Niderland Futbol Federasiyası isə UEFA ilə məsləhətləşdikdən sonra aprelin 24-də klublarla videotoplantı keçirəcək və mövsümün ləğvini rəsmən açıqlayacaq.

Bundan əvvəl Niderlandda böyük tədbirlər iyunun 1-nə qədər ləğv edilmişdi.

Qeyd edək ki, XXV turdan sonra dayandırılan Erediviziyada "Ayaks" 56 xalla turnir cədvəlinə başçılıq edir.