İDMAN

22 Aprel

“Barselona” bu futbolçu üçün iki oyunçusu ilə vidalaşmağa razıdır

İspaniyanın “Barselona” klubu Lautaro Martinesi transfer etmək fikrindən dönmək niyyətində deyil.

Fins.az-ın məlumatına görə, La Liqa təmsilçisi İtaliya “İnter”inin hücumçusunu ələ keçirmək üçün müxtəlif variantları nəzərdən keçirir.

Kataloniyalılar öncə Milan klubuna Nelson Semedu və Xunior Firponu təklif edib ki, 111 milyon avroluq hücumçu üçün daha az məbləğ ödəsin. Bu, italiyalıları qane etmədiyindən “Barselona” Semedu ilə Karles Alenyanı Milana göndərmək fikrinə düşüb. “İnter” isə Martines üçün təklif olunanlar arasında Arturu görmək istəyir.

Qeyd edək ki, “Barselona” Martinesin özünə ildə 10 milyon avro qazanc təklif edib.