İDMAN

22 Aprel

"Beşiktaş" Kariusla yolları ayırdı

"Beşiktaş" qapıçısı Loris Kariusla yolları ayırıb.

Fins.az xəbər verir ki, alman qolkiperlə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Bir neçə  gün əvvəl İstanbul klubundan 1.6 milyon avroluq alacağı ilə bağlı FİFA-ya da şikayət edən 26 yaşlı qapıçı ilə bu gün görüş olub. Klub rəhbərliyi görüş nəticəsində onunla yollar ayrılıb.

Kariusun bir neçə günə Türkiyəni tərk edəcəyi bildirilib.

Qeyd edək ki, Karius müqavilə ilə "Liverpul"a məxsusdur.