Futbol üzrə Türkmənistan çempionatı bərpa olunub.
4-cü turun açılış matçında "Altın-Asır” – “Kopetdağ” görüşü baş tutub.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bu, dünyada koronavirus pandemiyası dövründə yenidən başlayan ilk çempionatdır.
Türkmənistan Futbol Federasiyası martın 24-də bütün yarışları təxirə salmışdı.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın əksər ölkələrində yarışlar dayandırılıb. Hazırda Belarus, Tacikistan, Nikaraqua və Tayvanda çempionatlar keçirilir.