İDMAN

20 Aprel

Zidanın oğlu "Real Madrid"i tərk edəcək

İspaniya "Real Madrid"inin baş məşqçisi Zinəddin Zidanın oğlu Luka Zidan klubla müqaviləsini uzatmayacaq.

Fins.az-ın məlumatına görə, "Rasinq"də icarədə olan 21 yaşlı qapıçı yayda "Kral klubu"nu tərk edəcək. Onun hazırkı müqaviləsinin müddəti 30 iyun tarixində bitir.

Qeyd olunub ki, Madrid təmsilçisi Alfons Areolyaya yiyələnməyəcək. Qapıçı müqaviləsi bitən kimi Fransa PSJ-sinə dönəcək. Beləliklə, 21 yaşlı ukraynalı qolkiper Andrey Lunin "Real Madrid"də Tibo Kurtuadan sonra ikinci qapıçı ola bilər.

Qeyd edək ki, Luka Zidan "Real Madrid"in yetirməsidir. Cari mövsümdə o, "Rasinq"in heyətində Sequndada 29 oyunda 36 top buraxıb, 6 matçda qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" gənc qolkiperin satış qiymətini 1,8 milyon avro müəyyənləşdirib.