İDMAN

15 Aprel

"Real" meydanına 570 milyon avro ayırdı

Koronavirus pandemiyasının yaratdığı maliyyə problemlərinə baxmayaraq, "Real" "Santyaqo Bernabeu" ilə bağlı planlarını dəyişməyib.

Fins.az-ın məlumatına görə, "kral klubu" arenada yenidənqurma işlərinə nəzərdə tutulan vaxtda başlayacaq.

Rəhbərlik bunun üçün Madrid bələdiyyəsindən rəsmi icazə alıb. Klub yenidənqurma işlərinə 570 milyon avro pul ayırıb. Görüləcək işlərdən sonra azarkeş tutumu 80 min 242 olacaq. Stadionun 2022-ci ilin oktyabr ayında tam hazır olması gözlənilir.

Qeyd edək ki, "Santyaqo Bernabeu" hazırda 81 min 44 azarkeş tutumuna malikdir.