İDMAN

09 Aprel

Kriştianu Ronaldu karantin dövründə stadionda məşq edir

Portuqaliya millisinin və İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu məşqlərə başlayıb.

Fins.az xəbər verir ki, koronavirusla bağlı tətbiq olunan karantin rejiminə baxmayaraq, 35 yaşlı hücumçu yaşadığı Madeyra bölgəsindəki Milli stadionda məşq edir.

Müxtəlif təmrinləri yerinə yetirən forvard daha çox qapıya zərbələr üzərində işləyir. Onun gələn həftə İtaliyaya qayıdacağı bildirilib.

Qeyd edək ki, Kriştianu Ronaldu martın 9-da anası insult keçirdiyi üçün Portuqaliyaya dönüb.