İDMAN

09 Aprel

Koronavirusun idmançılara təsiri açıqlanıb

Koronavirus idmançıların səhhəti ilə yanaşı, onların nəticələrinə də təsir göstərə bilər.

Fins.az xəbər verir ki,  bu fikirləri Beynəlxalq Olimpiya Komitəsinin (IOC) həkimi İrina Zelenkova deyib.

Onun sözlərinə görə, idmançılar pandemiya mövzusuna laqeyd yanaşmamalıdırlar: "Məşq zamanı bir çox bədən üzvü prosesdə iştirak edir. Xüsusilə də tənəffüs sistemi fəal rol oynayır. Bunlardan biri virusa yoluxarsa, bədənə oksigen çatdırılması pisləşər. Belədə idmançı xəstəlikdən əvvəl göstərdiyi nəticələri təkrarlamaya bilər".

İ.Zelenkova hesab edir ki, koronavirusa yoluxmuş idmançıların yenidən idmana qayıtması üçün xüsusi meyarlar hazırlanmalıdır: "Çünki ağciyər toxumaları zədələnə, xəstəliyin fəsadları qala bilər".