İDMAN

09 Aprel

“Yuventus” Dibalanın maaşını artırır

İtaliyanın “Yuventus” klubu futbolçusu Paulo Dibala ilə müqaviləni uzadacaq.

Fins.az-ın məlumatına görə, argentinalı hücumçu ilə danışıqların ilkin mərhələsi müsbət nəticələnib.

Tərəflərin yaxı günlərdə yeni anlaşma imzalayacağı gözlənilir. Turin təmsilçisi futbolçunu heyətdə saxlamaq üçün Dibalanın maaşını artırmalı olub. 

Cənubi amerikalının bonuslarla birlikdə illik qazancı 12 milyon avro təşkil edəcək. 2022-ci ilin yayında başa çatacaq əvvəlki müqaviləyə əsasən isə bu rəqəm 11 milyondur.

Qeyd edək ki, Dibalanın yeni müqaviləsi 2024-cü və ya 2025-ci ilə qədər olacaq.