İDMAN

09 Aprel

"Real Madrid"də də maaşlar azaldıldı

İspaniyanın "Real Madrid" klubunun oyunçu və məşqçiləri əmək haqlarının azaldılmasına razı olublar. 

Fins.az xəbər verir ki, söhbət təkcə futbol yox, basketbol komandalarından da gedir. Onlar əmək haqlarının 10 faizdən 20 faizədək ixtisara salınmasına etiraz etməyiblər.

Qeyd edək ki, hazırda Avropanın əksər ölkələrində olduğu kimi, İspaniyada da çempionatlar koronavirus pandemiyası üzündən dayandırılıb. Nəticədə klublar milyonlar itiriblər. 

Daha əvvəl "Barselona"nın futbolçuları da əmək haqlarının 70 faiz azaldılmasına razılaşıblar.