İDMAN

08 Aprel

“Messi getsə, dünyanın sonu olmayacaq”

“Düşünmürəm ki, Messi getsə, A Seriyasının bütün problemləri həll ediləcək. İtaliya futbolunda durum çətindir”.

Fins.az xəbər verir ki, bu sözləri İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Barselona”nın kapitanı Lionel Messinin “İnter”ə keçəcəyi barədə iddialara münasibət bildirərkən deyib.

O, argentinalı hücumçunun La Liqada qalmasını istədiyini, ancaq getsə də, çox şey dəyişməyəcəyini bildirib: “Bu iqtisadi problemlər Messi ilə qətiyyən düzəlməyəcək. Messinin İspaniyada qalmasını çox istərdim. Ancaq getsə belə, dünyanın sonu olmayacaq. Kriştiano Ronaldosuz La Liqanın pullar itirəcəyini mən də demişdim. Amma hər şey tərsinə oldu, əksinə, La Liqa daha çox qazanmağa başladı. Hətta Portuqaliyadakı teleyayım gəlirlərimiz də artdı. Böyük futbolçular bu mənada kömək edirlər, ancaq bir çempionat üçün həlledici olduqlarını demək olmaz”.


Qeyd edək ki, “İnter”in sabiq prezidenti Massimo Moratti yerli mətbuata açıqlamasında “İnter”in Messini transfer etməyə çalışdığını bildirib.