Almaniya Bundesliqasının daha bir klubu koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilədən sonra məşqləri bərpa edib.
Fins.az-ın məlumatına görə, son çempion “Bavariya”nın evdə keçirilən fərdi məşqlərdən sonra bir araya gəlib.
Münhen təmsilçisinin üzvləri 3-4 nəfərlik qruplar şəklində məşq keçib. Bir-birindən zəruri məsafəni qoruyan futbolçular təmrinləri yerinə yetirərkən də bu şərtə riayət edib.
Qeyd edək ki, daha öncə “Şalke” məşqlərə başlamışdı.