Azərbaycan millisinin baş məşqçisi postuna daha bir namizəd müəyyənləşib.
Fins.az--ın məlumatına görə, "Roma"nın sabiq çalışdırıcısı Eusebio Di Françesko AFFA-nın maraq dairəsinə düşüb.
50 yaşlı mütəxəssis özü də yerli mətbuata açıqlamasında Türkiyədən bir klubdan, həmçinin bir neçə milli komandadan təklif aldığını təsdiqləyib. Türkiyənin "Fotospor" nəşri AFFA-nın artıq italiyalıya təklif göndərdiyini iddia edib. Onu Türkiyəyə aparmaq istəyən klub isə "Fənərbaxça"dır.
Qeyd edək ki, digər italiyalı mütəxəssislər Canni De Byazi, Luici Di Byaco və Çezare Prandellinin də adı yığmamızla birgə hallanır. Həmçinin siyahıda Ərsun Yanal və Abdullah Avcının da adı göstərilir.