İDMAN

03 Aprel

Daha bir klubun futbolçuları koronavirusa görə maaşlarından imtina etdilər

“Atletiko”nun futbolçuları koronavirus pandemiyasının kluba vurduğu zərərə görə maaşların 70 faizindən imtina ediblər.

Fins.az xəbər verir ki, Madrid təmsilçisi məşqçi və futbolçu heyəti klubun 430 əməkdaşının maaş almağa davam etməsi üçün bu addımı atıblar.

Qeyd edək ki, daha öncə "Barselona"nın futbolçuları məvaciblərinin 70 faizindən imtina etmişdi.