İDMAN

02 Aprel

Tomas Müllern taleyi məlum oldu

"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müllerlə bağlı yekun qərar verilib.

Fins.az xəbər verir ki, Münhen təmsilçisi ulduz futbolçunu saxlamağı məqsədəuyğun bilib.

Bir müddət əvvəl mövsümün sonunda ayrılacağı istisna edilməyən Almaniya millisinin üzvü indi yeni müqavilə məsələsində rəhbərliklə ortaq məxrəcə gəlib. Anlaşmaya əsasən, 31 yaşlı ön xətt oyunçusu gələn ilin yayına qədər olan müqavilə müddətini daha 2 il uzadacaq. Mövsüm bərpa edildikdən sonra yeni sözləşmə rəsmən imzalanacaq.