FİFA prezidenti Canni İnfantino koronavirusun dünya futboluna təsiri ilə bağlı danışıb.
Offsideplus.az xəbər verir ki, qurum rəsmisi ANSA agentliyinə müsahibəsində klublara maliyyə köməkliyi etməyə borclu olduqlarını bildirib: "FIFA-nın dünya futbol ictimaiyyətinə kömək etmək üçün əlindən gələni edəcək. Hazırda koronavirus pandemiyasına görə maliyyə böhranı yaşanılır. Bu isə federasiyalararası əlaqəni təhdid altına alır. FIFA-nın maliyyə vəziyyəti mürəkkəbdir. Buna baxmayaraq, milli assosiasiyalara, klublara kömək etmək üçün əlimizdən gələn etməyə borcluyuq. Pandemiyanın futbola maliyyə təsirini ətraflı qiymətləndirdikdən sonra futbol ictimaiyyətinə kömək imkanları üzərində işləyirik".