İDMAN

01 Aprel

\"Bavariya\"nın futbolçusu qəzaya düşdü, 25 min avro ziyan dəydi - FOTO

“Bavariya”nın futbolçusu Jerom Boatenq avtomobil qəzasına düşüb.

Fins.az verir ki, hadisə 31 yaşlı müdafiəçi Leyptsiqə, oğlunun yanına gedərkən baş verib. Belə ki, o, qarlı havada yay rezin təkərləri olan "Mercedes"lə yola çıxıb. Hərəkət vaxtı maşın yoldan sürüşərək yan səddə dəyib. Nəticədə avtomobilə 25 min avro ziyan dəyib. Boatenq  isə xəsarət almayıb.