İDMAN

31 Mart

İlin bombardirləri açıqlandı

2020-ci ilin ilk üç ayının ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb.

Fins.az-ın məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) arxada qalan müddətdə beynəlxalq oyunlarda ən çox qol vuranların cədvəlini tərtib edib.

Milli komanda və klub səviyyəli qitə kuboklarında 3 və daha çox qol vuranların cədvəlində 34 futbolçu yer alıb. Siyahıya mərakeşli Karim El Berkaoui başçılıq edir. O, “Hassania Aqadir” klubunda 7 qola imza atıb.

Uruqvaylı Martin Bueno Yeni Zelandiyanın “İstern Suburbs” klubunda vurduğu 6 qolla cədvəldə 2-cidir. 3-cü pillənin iki sahibi var. İtaliya “Atalanta”sında 5 qol vuran sloveniyalı Yosip İliçiç və Filippin təmsilçisi “Çeres”də eyni sayda fərqlənən ispaniyalı Bienve Morexon eyni göstəriciyə malikdir.

Qeyd edək ki, Azərbaycan komandaları 2020-ci ildə heç bir beynəlxalq oyun keçirmədiyindən təmsilçilərimiz qol sevinci yaşamayıb.