"İnter" hücumçusu Lautaro Martinesin transfer qiymətini aşağı salıb.
Fins.az-ın məlumatına görə, buna səbəb koronavirus pandemiyasının yayılması ilə bağlı yaranmış maliyyə problemidir.
"Neradzurra" sərbəst qalma məbləği 111 milyon avro olan Argentina millisinin üzvü üçün artıq heç kimin bu pula yaxın durmayacağını bilir. Milan təmsilçisi 23 yaşlı oyunçunu 80 milyon avroya satmağa razılıq verib. Ancaq italyanlar onu almaq istəyən klubdan birdəfəlik ödəniş tələb edəcəklər.
Qeyd edək ki, Lautaro Martines "Barselona" və "Real"ın maraq dairəsindədir.