İDMAN

31 Mart

La Liqanın oyunları yayda keçirilə bilər

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Primera və Sequndanın iştirakçısı olan 42 klubun rəhbərləri ilə videokonfrans keçirib.

Fins.az-ın məlumatına görə, koronavirus pandemiyası üzündən dayandırılan mövsümün davam etdirilməsi planları müzakirə olunub.

Müxtəlif ssenarilər barədə müzakirələr zamanı La Liqa rəhbərliyi indiki vəziyyətin ürəkaçan olmamasına baxmayaraq, mövsümü davam etdirmək istəyini gizlətməyib. İndiki durumda ən prioritet variant oyunların yayda bərpa edilməsidir. Lakin bəzi klublar buna da nikbin yanaşmayıb.