İDMAN

24 Mart

Yaponiya Tokio-2020-nin təxirə salınmasına razılaşır

Bu gün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxla Tokio-2020 Yay Olimpiya Oyunlarının təşkilatçılar arasında yarışın taleyi ilə bağlı müzakirələr aparılacaq. Telekonfrans vaxtı Yaponiyanı baş nazir Sindzo Abe, Tokionun qubernatoru Yuriko Koike və Təşkilat Komitəsinin sədri Yosiro Mori təmsil edəcək.

Tərəflər koronavirus pandemiyası üzündən keçirilməsi mümkünsüzə çevrilməkdə olan Olimpiadanın təxirə salınmasını, həmçinin yarışın baş tutması üçün məqbul tarixləri ilə bağlı müzakirələr aparacaq.

Bildirilir ki, artıq Yaponiya turnirin maksimum bir il müddətinə təxirə salınmasına razılaşmağa hazırdır. Bu da onunla bağlıdır ki, 2022-ci ildə Çinin paytaxtı Pekində Qış Olimpiya Oyunları təşkil olunacaq. Bu üzdən də Tokio-2020-nin iki illik təxirə salınması müəyyən çətinliklər yarada bilər.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.