UEFA Millətlər Liqasının pley-off oyunlarının yeni təqvimi müəyyənləşib.
Fins.az xəbər verir ki, bu barədə pley-off iştirakçısı olan ölkələrin futbol federasiyaları məlumat yayıb.
Bildirilib ki, yarımfinallar martın 26-dan iyunun 4-nə, finallar isə martın 31-dən iyunun 9-na keçirilib.
A Liqası
İslandiya - Rumıniya
Bolqarıstan - Macarıstan
B Liqası
Bosniya və Herseqovina - Şimali İrlandiya
Slovakiya - İrlandiya
C Liqası
Şotlandiya - İsrail
Norveç - Serbiya
D Liqası
Gürcüstan - Belarus
Şimali Makedoniya - Kosovo
Qeyd edək ki, bu oyunlardan sonra AVRO-2020-yə vəsiqə qazanacaq son 4 komanda bəlli olacaq. Daha öncə Avropa çempionatının 2021-ci ildə keçiriləcəyi ilə bağlı qərar verilib.