İDMAN

19 Mart

Avropa top-liqalarının koronavirusa görə itkisi - MİLYARDLARLA AVRO

KPMG konsaltinq şirkəti Avropanın 5 ən güclü liqasının koronavirus pandemiyası ilə əlaqədar maliyyə itkilərini hesablayıb. 

Fins.az-ın məlumatına görə, İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa çempionatlarının 3,45 milyard avrodan milyard avroyadək ümumi gəlirdən məhrum olduqları müəyyənləşib. 

Ən çox itkiyə İngiltərə Premyer Liqası məruz qalıb - 1,35 milyard avro. Bu məbləğin 800 milyon avrosu teleyayımdan itirilən gəlirlərdir. 

İspaniya La Liqası teleyayımın ləğvindən 600 milyon avro, İtaliya A Seriyası 450 milyon avro, Almaniya Bundesliqası 400 milyon avro, Fransa Liqa 1-i isə 200 milyon avro itirə bilər. 

Hesablama Avropa çempionatının 2021-ci ilədək təxirə salınmasına dair UEFA-nın qərarınadək aparılıb. 2019/2020 mövsümünü 30 iyunadək oynamaq mümkün olsa, itkilər bu qədər kritik olmaya bilər.