“Trabzonspor” mövsüm başa çatmamış ilk ayrılığını açıqlayıb.
Fins.az xəbər verir ki, yarımmüdafiəçi Con Obi Mikel “bordo-mavililər”lə vidalaşıb.
Nigeriyalı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verildiyi bildirilib. 32 yaşlı sabiq “Çelsi”li sözləşməsinin sonuna qədər alacağı məbləğdən imtina edib.
Qeyd edək ki, “Trabzonspor”a mövsümün əvvəlində keçən Con Obi Mikelin Super Liqa təmsilçisi ilə müqavilə müddəti 2021-ci ilin yayına qədər idi.