UEFA AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərdən olan Danimarkanın paytaxtı Kopenhagendəki bütün otel rezervasiyalarını ləğv etdirib.
Fins.az-ın məlumatına görə, bu barədə Danimarka paytaxtında fəaliyyət göstərən CPH otellər şəbəkəsinin rəsmisi Kevin Helsinqhof yerli mətbuata açıqlamasında deyib.
O bildirib ki, qitə futbol qurumu tərəfindən Avropa çempionatı üçün bron edilmiş otaqlar ötən həftə boşaldılıb: "Onlar otelin 80 faizini bron etmişdilər. Otaqlar əvvəlcədən təyin olunmuş müddətin sonuncu günü boşaldıldığından, qurum bizə heç bir təzminat ödəməyəcək".
UEFA-nın addımı bu yay Avropanın 12 şəhərində keçirilməsi planlaşdırılan Avropa çempionatının təxirə salınacağı kimi dəyərləndirilir.
Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdır. A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə 1 matçı Bakı Olimpiya Stadionunda keçirilməlidir.