İDMAN

17 Mart

Rusiya çempionatı təxirə salındı

Futbol üzrə Rusiya Premyer Liqası təxirə salınıb.

Premyer Liqa klubları bu gün keçirilən iclasda koronavirusa səbəbindən mövsümü ən azı aprelin 10-dək dayandırmaq qərarına gəliblər.

Qeyd edək ki, Avropanın bir çox ölkəsində çempionatlar koronavirus pandemiyasına görə dayandırılıb. Rusiya Premyer Liqasında 22 turdan sonra "Zenit" klubu 50 xalla liderdir

(c)Report