Bu gün UEFA-nın videokonfransı keçiriləcək.
Fins.az komanda.az-a istinadən xəbər verir ki, konfransda dünyada geniş yayılan koronavirus pandemiyasına görə bir sıra beynəlxalq turnirlərin müqəddəratı müzakirə olunacaq.
Müşavirənin əsas gündəmində AÇ-2020-nin keçirilib-keçirilməyəcəyi durur.
UEFA bununla yanaşı, Millətlər Liqası turnirinin 2020/21 mövsümünün qrup mərhələsinin oyunlarını bu ilin sentyabr-noyabr aylarında keçirməyi təxirə sala bilər. Oyunların gələn ilə təxirə salınması müzakirə olunacaq. Millətlər Liqasıyla yanaşı, yoxlama oyunlarının da ləğv olunması nəzərdən keçiriləcək.
Azərbaycan milli komandası Millətlər Liqasında Monteneqro, Kipr və Lüksemburqla bir qrupda yer alır