İDMAN

16 Mart

UEFA AVRO-2020-nin vaxtını dəyişməyi təklif edəcək

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) 2020-ci ilin Avropa Çempionatını bu ilin payız-qış mövsümünə və ya 2021-ci ilin yayına keçirməyi təklif edəcək.

Fins.az-ın verdiyi məlumata görə, bu barədə "ZDF" telekanalı xəbər verir.

Bildirilir ki, martın 17-si UEFA təşkilatın tərkibində olan 55 Avropa assosiasiyasının nümayəndələrinin iştirakı ilə videokonfrans keçirəcək. Mənbənin məlumatına əsasən, UEFA milli liqalara, Avropa klubları assosiasiyalarına və bütün federasiyaları təxirə salınmış milli çempionatların oyunlarını yaya keçirməyi təklif etmək niyyətindədir.

Qeyd edilir ki, UEFA turnirin vaxtının dəyişilməsi üzrə iki variant hazırlayıb: turnirin 2021-ci ilin yay mövsümünə keçirilməsi, lakin bu halda klublararası dünya çempionatının da vaxtı dəyişilməli olacaq; turnirin 2020-ci ilin payız və ya qış mövsümündə keçirilməsi.