İDMAN

16 Mart

"Barselona" Mark-Andre ter Ştegenlə müqaviləni uzatmaq istəyir

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen Katalon klubu ilə yeni müqavilə imzalaya bilər.

Fins.az xəbər verir ki, klub alman qapıçı ilə 2024-cü ilə qədər razılaşmanın uzadılması haqqında danışıqlar aparır. Qeyd edilir ki, "Barselona" Ştegenə ildə bonuslar da daxil olmaqla, 6,3 milyon avro təklif etməyə hazırdır.

Daha əvvəl bildirilirdi ki, "Barselona" illik maaşının 15 milyon avroya qədər artırılmasını istəyən Ştegenin maliyyə sorğularını təmin etməyə hazır deyil. Əgər bu məbləğ ödənsə, Ştegen komandada Messidən sonra ən yüksək maaş alan ikinci oyunçu olacaq.

Mark-Andre 2014-cü ildən "Barselona”nın heyətində çıxış edir. 27 yaşlı almanın klubla razılaşması 2022-ci ilin 30 iyununa qədər imzalanıb.

Ştegenlə həmçinin London "Çelsi"si, Münhen "Bavariya”sı və Turin "Yuventus”u maraqlanır. Qapıçının transfer qiyməti 90 milyon avro qiymətləndirilir.