İDMAN

13 Mart

\"Yuventus\"un 121 əməkdaşı karantinə yollandı

İtaliya "Yuventus"unun əməkdaşları könüllü karantinə yollanıb.

Fins.az-ın verdiyi məlumata görə, bu qərar futbolçu Daniele Ruqaninin koronavirusa yoluxmasından sonra qəbul olunub. Ümumilikdə 121 əməkdaş arasında klub prezidenti Andrea Anyelli başda olmaqla rəhbərlik, futbolçular, komanda personalı və digər şəxslər yer alıb. Onlar səhiyyə orqanlarının tələblərinə uyğun olaraq, evdə könüllü karantin keçəcəklər.

Qeyd edək ki, COVİD-19 ötən ilin sonlarında Çində peyda olub. Son məlumatlara əsasən, bu xəstəlik 4 500-dən çox insanın həyatına son qoyub. İnfeksiyaya yoluxanların sayı isə 66 min nəfərdən çoxdur. İtaliyada koronavirusdan 1 000 nəfər ölüb.