İDMAN

12 Mart

FIFA referilərinə mərkəzi oyunlar tapşırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun oyunları üçün bütün təyinatlar müəyyənləşdi. 

Fins.az-ın məlumatına görə, FIFA referilərindən Əliyar Ağayev "Sumqayıt" - "Səbail" görüşünü idarə edəcək. 

Rauf Cabbarov isə "Qarabağ" - "Qəbələ" qarşılaşmasında ədalət təmsilçisi olacaq.  

Azərbaycan Premyer Liqası, XXI tur

14 mart (şənbə)

18:00. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Tofiq Bəhramov adına Respublika Stadionu

16:00. “Sabah” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bank Respublika Arena”

15 mart (bazar)

16:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Kapital Bank Arena”

18:00. “Neftçi” – “Zirə”

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bakcell Arena”

Qeyd edək ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.