İDMAN

12 Mart

KİV: AVRO-2020 bir il təxirə salına bilər

Futbol üzrə Avropa çempionatı koronavirus pandemiyasına görə təxirə salına bilər.

Fins.az-ın məlumatına görə, bu barədə AS nəşrinə İspaniya Futbol Federasiyasındakı mənbə məlumat verib. 

Bildirilib ki, UEFA AVRO-2020-nin 2021-ci ilin yayında keçirilməsi ilə bağlı razılıq verə bilər.

Avropa çempionatının gec olması klubların mövsümü başa vurmasına kömək göstərəcək. Koronavirus səbəbindən hazırda Avropadakı çempionatlar təxirə salınır və belə bir qərar mövsümün iyul ayına qədər uzadılamasına imkan verəcək.

Qeyd edək ki, AVRO-2020 12 iyun-12 iyulda keçirilməlidir. Püşkatmanın nəticələrinə əsasən, açılış oyunu iyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq. Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels-İsveçrə, iyunun 17-də Türkiyə-Uels, iyunun 21-də Türkiyə-İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.