İDMAN

12 Mart

Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək - AFİŞA

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk görüşlərinə start veriləcək.

Fins.az-ın məlumatına görə, ilk olaraq 6 qarşılaşma oynanılacaq. UEFA "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) oyunlarını təxirə salıb.

Daha 4 matç isə azarkeşsiz keçiriləcək. Bunlardan biri Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərə "Vulverhempton"unun Yunanıstanda "Olimpiakos"la səfər oyunu olacaq. LASK (Avstriya) - "Manşester Yunayted" (İngiltərə), "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) və "Volfsburq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) qarşılaşmaları da bağlı qapılar arxasında oynanılacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Başakşehir" isə İstanbulda Danimarkanın "Kopenhagen" komandasını qəbul edəcək. Yalnız bu və "Reyncers" (Şotlandiya) - "Bayer" (Leverkusen, Almaniya) görüşünə azarkeş buraxılacaq. 

Avropa Liqası

1/8 final mərhələsi, ilk oyunlar

12 mart

21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Bazel" (İsveçrə)

21:55. "Başakşehir" (Türkiyə) - "Kopenhagen" (Danimarka)

21:55. LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə)

24:00. "Olimpiakos" (Yunanıstan) - "Vulverhempton" (İngiltərə)

24:00. "Reyncers" (Şotlandiya) - "Bayer" (Leverkusen, Almaniya)

24:00. "Volfsburq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

Qeyd edək ki, cavab görüşləri martın 19-da olacaq.