İDMAN

12 Mart

Avropa Olimpiya Təsnifat turniri təxirə salındı

Martın 19-dan 22-dək Budapeştdə keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya Təsnifat turniri təxirə salınıb.

Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən  verilən məlumata görə, bu barədə bu gün Macarıstan dövləti qərar çıxarıb. 

Təşkilatçı ölkə Dünya Güləş Birliyi (UWW) ilə ortaq fikrə gələrək, Koronavirus epidemiyası ilə bağlı bu addımı atıb. Yarışın aprel və ya may ayında keçirilməsi planlaşdırılır.