İDMAN

10 Mart

Çempionlar Liqası və Avropa Liqası yarımçıq dayandırıla bilər

Ötən ilin sonunda Çində aşkarlanan və bütün dünyada sürətlə yayılan koronavirus epidemiyası Çempionlar Liqası və Avropa Liqasını da yarımçıq qoya bilər.

Fins.az İspaniya mətbuatına istinadən xəbər verir ki, UEFA hazırda avrokubok oyunlarının ləğvi variantını nəzərdən keçirir.

İddiaya görə, qitə futbol qurumu hər iki turniri 1/4 final mərhələsindən dayandırmağı planlaşdırır. 

UEFA daha öncə bir neçə qarşılaşmanın azarkeşsiz keçiriləcəyini açıqlayıb.