UEFA daha bir oyunun azarkeşsiz keçiriləcəyini açıqlayıb.
Fins.az qol.az-a istinadən xəbər verir ki, bu, Avropa Liqasının 1/8 final mərhələsinin "Olimpiakos" - "Vulverhemptom" görüşüdür. Bu qərar Yunanıstan hökumətinin koronavisun yayılması səbəbi ilə ölkədə idman tədbirlərinə insanların qatılmasını məhdudlaşdıran sərəncamı əsasında qəbul edilib.
Qeyd edək ki, bundan əvvəl Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ -"Borussiya" (Dortmund) və Avropa Liqasının 1/8 finalındakı "Sevilya" - "Roma" oyunlarında azarkeşlər olmayacağı bildirilib.
Xatırladaq ki, "Vulverhempton"un U-23 komandasında çıxış edən millimizin üzvü Renat Dadaşov əsas komandanın Avroliqa üçün sifariş ərizəsində yer alıb.