Futbol üzrə İtaliya çempionatının 26-cı turunda “Yuventus” “İnter”lə qaşılaşıb.
Fins.az xəbər verir ki, Turindəki “Alyans” stadionunda baş tutan qarşılaşmada “Yuventus” 2:0 hesabı ilə qalib gəlib. Qolları Aaron Remzi (55-ci dəqiqə) və Paulo Dibala (67) vurublar.
Görüş koronavirusun ölkədə yayılması ilə əlaqədar tamaşaçı olmadan keçirilib.
63 xal toplayan “Qoca sinyora” çempionatın turnir cədvəlində liderdir, ikinci yerdə 62 xalla “Latsio” qərarlaşıb.
“İnter” komandasının aktivində isə 54 xal mövcuddur və üçüncü yerdədir. Martın 13-də “Yuventus” səfərdə