AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik beynəlxalq oyuna təyinat alıb.
Fins.az-ın məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununda iş başında olacaq.
AFFA rəsmisi martın 31-də keçiriləcək Ukrayna – Şimali İrlandiya oyununa hakim-inspektor təyin edilib. Bu matç Lvov şəhərində baş tutacaq.
© APA