Arsenal-ın yarımmüdafiəçisi Mesut Özil karyerasını Türkiyədə davam etdirə bilər.
Fins.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Məlumata görə, 31 yaşlı futbolçu yayda Fenerbahçe-ya keçə bilər. Oyunçunun qiyməti yüksək olduğundan İstanbul təmsilçisinin onu icarəyə götürəcəyi qeyd edilib.
Mesutun da Türkiyəyə keçməyə müsbət yanaşdığı bildirilir. Cari mövsümdə Özil Premyer Liqada keçirdiyi 17 matçda 1 qol vurub.