İDMAN

04 Mart

"Fənərbaxça" Ərsun Yanalla çıxdığı son matçı da uduzdu - VİDEO

Türkiyə Kubokunda yarımfinal mərhələsinin ilk matçlarına bu gün start verilib.

Fins.az xeber verir ki, erkən finalda "Trabzonspor" və "Fənərbaxça" qarşılaşıb. Trabzona olduqca "dar" heyətlə yollanan "Fənərbaxça"nın matç başlayan kimi müdafiəçisi Falet zədələnərək oyundan çıxıb.

Daha istəkli olan ev sahibi məqsədinə ikinci hissəin ilk dəqiqəsində çatıb. 46-cı dəqiqədə Sörlot bordo-maviləri önə keçirən qolu vurub. "Fənərbaxça" ilə hər görüşdə adət halını almış qol isə 66-cı dəqiqədə vurulub. Novak adını tabloya yazdırıb. 

Ərsun Yanalın yetirmələri yalnız Vedat Muriçin təsəlli qoluna 82-ci dəqiqədə seviniblər. Matçdan 2:1 hesabı ilə məğlub ayrılan "Fənərbaxça" növbəti turu şansa buraxıb. Sarı-lacivərdlilərin tək ümidi Türkiyə kuboku da əldən çıxmaq üzərədir. Cavab oyunu maraqla gözlənilir.