İDMAN

03 Mart

AFFA-dan "Xəzər Lənkəran"ın baş məşqçisinə 20 oyunluq cəza

AFFA İntizam Komitəsi U-17 Liqasında çıxış edən "Xəzər Lənkəran" komandasının baş məşqçisi Ağadadaş Həmidovu 20 oyunluq cəzalandırıb. 

Fins.az-ın məlumatına görə, mütəxəssisin köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. 

O, qarşılaşmanın 90-cı dəqiqəsində yenidən meydana daxil olaraq, köməkçi hakimə fiziki təzyiq göstərib və ayaqla zərbə endirib.