İDMAN

03 Mart

"Səbail" topdaşıyanlara, "Sumqayıt" gecikməyə görə cəzalandı

AFFA İntizam Komitəsi I Divizion təmsilçilərini cəzalandırıb.

Fins.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, XVII turun “Səbail-2” – “Qarabağ-2” oyununda topdaşıyanların sayı əsasnamədə göstəriləndən az olduğu üçün meydan sahibləri 80 manat cərimə olunub.

MOİK – “Sumqayıt-2” qarşılaşması bitdikdən sonra oyunun video yazısı hakim-inspektora təqdim edilmədiyi üçün "hərbçilər" 80 manat məbləğində cərimələnib. Bundan başqa, "Sumqayıt-2" soyunub-geyinmə otağında ləngidiyi üçün oyun 4 dəqiqə gec başlayıb. Bu səbəbdən qonaq komanda 240 manat cərimə olunub.