Futbol üzrə İngiltərə kubokunun 1/8 final matçında "Portsmut" London "Arsenal"ını qəbul edib.
Fins.az-ın məlumatına görə, matç Portsmutdakı “Fretton Park” stadionunda keçirilib və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesab birinci hissəyə əlavə olunmuş vaxtda açılıb. "Arsenal"ın müdafiəçisi Sokratis Papastatopulos fərqlənib. İkinci hissənin əvvəlində - 51-ci dəqiqədə hücumçu Edvard Nketia qonaqların hesabdakı üstünlüyünü artırıb - 2:0.
Beləliklə, London "Arsenal"ı İngiltərə kubokunun 1/4 finalına çıxıb, "Portsmut" turnirdəki çıxışını başa vurub.