İngiltərə Liqa Kubokunun final matçında “Mançester Siti” “Aston Villa” ilə qarşılaşıb.
Fins.az xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən matç "Mançester Siti"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab birinci hissənin ortalarında açılıb. 20-ci dəqiqədə Serxio Aquero fərqlənib. Matçın 30-cu dəqiqəsində Rodriqo Ernandes Mançester klubunun üstünlüyünü artırıb. “Aston Villa” bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Mbvana Samatta komandasının yeganə qolunu vurub.
“Mançester Siti” ardıcıl 3-cü dəfə Liqa Kubokunu qazanıb. “Şəhərlilər” 7-ci dəfədir turnirin lideri olurlar.